Vaşinqtonun məqsədi sadəcə Amerika əsgərlərinin ölümünün qisasını almaq deyil, SEPAH-ı tamamilə məhv etmək olmalıdır.
Medianews.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
O, SEPAH-ın hərbi əməliyyatlar apardığını və İslam Respublikasının mülki liderləri ilə ABŞ arasında danışıqların əhəmiyyətsiz olduğunu vurğulayıb.
Boltonun sözlərinə görə, İranda rejimi dəyişdirməyin və sülhün bərqərar olmasının yeganə yolu SEPAH-ın raket, pilotsuz təyyarə və nüvə imkanlarını tamamilə məhv etməkdir.
“ABŞ hökumətə daxili təzyiqi artırmaq üçün kürdlər, bəlucilər və digər etnik qruplar da daxil olmaqla, İran daxilindəki müxalifətlə işləməlidir”, - o vurğulayıb.
O, həmçinin neft sanksiyalarının bərpasını və İran limanlarının dəniz blokadasını İranın SEPAH, Qüds Qüvvələri və “Bəsic”i maliyyələşdiməsinin qarşısını almaq üçün təsirli bir tədbir adlandırıb.//Axar.az