20.03.2025, 15:28
161 baxış
Nailə
Güclü külək Beyləqanda yas mağarını uçurub - FOTO
Güclü külək Beyləqanda yas mağarını uçuraraq evin dam örtüyünə çırpıb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun İmamverdilər kəndində təşkil edilmiş -Hacıyev Eldarın yas mərasimində qeydə alınıb.
Nəticədə xəsarət alan olmasa da evə və mağarın çadır və dəmir hissələrinə ziyan dəyib.