Bakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. Məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb.
Medianews.az saytı Avtosfer.az-a istinadla bildirir ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası"na uyğun olaraq təşkil ediləcək.
Xatırladaq ki, 53 nömrəli avtobus marşrutu üzrə hərəkət edən "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus martın 7-də Neftçilər prospektində qəzaya uğrayıb.
07.03.2025, 12:28
229
baxış
Azad
Qəzaya düşən avtobusun marşrut xətti müsabiqəyə çıxarılacaq
Paylaş: