27.09.2024, 12:43
123 baxış
Lamiyə
Xolesterolu azaltmaq üçün ideal məhsul
Genetik Tim Spektor bildirib ki, yulaf əzməsi dəmir, B vitaminləri, zülalla zəngindir və xolesterolu azaltmağa kömək edir.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, mütəxəssis yulaf əzməsi “pis” xolesterini azaltmaq üçün ideal qida adlandırıb.
“Çünki onun tərkibində aşağı sıxlıqlı lipoprotein səviyyələrini idarə etməyə kömək edən həll olunan beta-qlükan lifi var. Amma bunun üçün hər gün yulaf ezmesi yemək lazımdır. Bu araşdırmalarla sübut olunub”, - deyə mütəxəssis bildirib.
Eyni zamanda, Spektor vurğulayıb ki, bütün yulaf əzməsi eyni dərəcədə sağlam deyil. O, çox miqdarda kəpək ilə işlənməmiş yulafdan hazırlanmış yeməkləri yeməyi tövsiyə edib. O, qabığı soyulmuş yulafları orqanizm üçün praktiki olaraq yararsız adlandırıb.
Paylaş: