Medianews.az
Mikrodalğalı sobada yumurta bişirdi, bu hala düşdü
101 baxış

Mikrodalğalı sobada yumurta bişirdi, bu hala düşdü

Mikrodalğalı sobada yumurta bişirmək istəyən qadın həyatının şokunu yaşayıb.
Medianews.az xəbər verir ki, 37 yaşlı qadın  fincana qoyduğu yumurtanı mikrodalğalı sobada bişirməyə çalışıb.
Keçmiş qayınanasından öyrəndiyi üsul olduğunu deyən qadın  fincanı sobadan çıxardıqdan sonra yumurtanın partladığını və üzünün yandığını bildirib. Son halının fotolarını paylaşan qadın  dözülməz ağrılar keçirdiyini bildirib. O bildirib ki, üç ildir ki, bu üsulla yumurta bişirir, ilk dəfədir ki, belə bir şey olur: " Stəkana soyuq qaşıq atdım, yumurta partladı. Çox isti idi və üzümü yandırdı. Üzümü  soyuq suyun altında saxladım. Ağrım dözülməz olduğu üçün  xəstəxanaya getdim". Qeyd edək ki, "British Medical" jurnalı daha əvvəl mikrodalğalı sobaların yumurtaların partlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Xüsusilə qabıqlı yumurtaları mikrodalğalı sobada bişirmək olmaz. Bunun səbəbi yumurtanın qabığının istiliyi saxlamasıdır. Medianews.az

Bizə qoşulun