İraqın baş naziri Mustafa əl-Kazımi Bağdadda təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.
Medianews.az-ın “Əl-Cəzirə telekanalı”na istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin komandanlığı bölmələrin ehtiyatda olan şəxsi heyətinə “Bağdadda baş verənlərin qarşısını almaq üçün” təcili xidməti yerlərinə qayıtmağı əmr edib.
Həmçinin, dövlət idarələrinin və bankların binalarını mühafizə etmək əmri verilib.