Türkiyənin İzmir şəhərində “Ən gözəl Novruz xonçası” yarışması keçiriləcək.
Yarışmanı İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi təşkil edib. Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrini yaşatmaq, təbliğ etmək və tanıtmağı əsas məqsədi hesab edən dərnəyin başkanı, soydaşımız Camal Məhmətxanoğlunun sözlərinə görə, dünyanın müxtəlif bölgələrindən yarışmaya qatılan həmyerlilərimizin iştirak etdiyi yarışmada 100-ə qədər xonça nümayiş etdiriləcək: “Yekun nəticə münsiflər heyəti tərəfindən qiymətləndirilərək açıqlanacaq, yarışmanın qalibinə sürpriz hədiyyələr ediləcək.Qalibin adı 30 mart tarixində açıqlanacaq. Çağdaş Azərbaycan Kültür Dərnəyi Türk Dünyasının bu gözəl bayramını təbrik edir və yarışmaçılara uğurlar diləyir”.
Medianews.az