Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının ayrıca vahid ordu yaratması barədə danışıb.
Medianews.az xəbər verir ki, bu barədə Reuters agentliyinin məlumat verib.
"Hər bir Avropa ölkəsinin ordusu var və 23 ölkənin orduları NATO strukturunun bir hissəsidir. Ona görə də ölkələrin ayrıca bir Avropa ordusu yaradacağını təsəvvür edə bilmirəm", - Kallas vurğulayıb
Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, ordunun çox aydın bir komandanlıq zəncirinə malik olması lazımdır ki, kimin kimə əmr verdiyi aydın olsun. O qeyd edib ki, ayrıca bir struktur yaratmaq vəziyyəti mürəkkəbləşdirə bilər.
Medianews.az