Medianews.az
Yolu bağlayıb rəqs etdilər – cərimələndilər -
125 baxış

Yolu bağlayıb rəqs etdilər – cərimələndilər - VİDEO

Türkiyənin  Serdivan rayonunda Rümeysa D. Adlı şəxs yolu bağlayaraq avtomobilin qarşısında rəqs edib və həmin görünütləri sosial şəbəkədə paylaşıb.

Medianews.az xəbər verir ki, bu davranışlarına görə Rümeysaya və sürücüyə ümumilikdə 39 min 154 (təminin 1465 manat) lirə cərimə tətbiq olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra polis araşdırmaya başlayıb və hadisədə iştirak edən şəxslər müəyyən edilib. Onların barəsində yol hərəkəti qaydalarını pozmaq və nəqliyyatın təhlükəsizliyini riskə atmaq maddələri ilə inzibati və hüquqi tədbirlər görülüb.

Rümeysa D. isə ona tətbiq olunan 30 min 662 (təxminən 1147 manat) lirəlik cəriməni sosial media hesabında paylaşaraq “Bədəl ödənildi” sözlərini yazıb.

Medianews.az

 

Bizə qoşulun