Medianews.az
Yayda yorğandan imtina etməyin -
80 baxış

Yayda yorğandan imtina etməyin - XƏBƏRDARLIQ

Terapevt Mariya Lavruhina isti havalarda yorğandan tam imtina etməyin düzgün olmadığını bildirib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, yorğan təri hopduraraq dərinin quru qalmasına kömək edir. Quru mühit isə bakteriyaların çoxalması üçün nəm mühitlə müqayisədə daha az əlverişlidir.

Lavruhina qeyd edib ki, yorğanla örtünmək həm də insanın daha tez yuxuya getməsinə kömək edə bilər. Onun sözlərinə görə, bu vərdiş beyinə gecə rejiminə keçmək siqnalı verir və təhlükəsizlik hissi yaradır.

Həkim əlavə edib ki, yay aylarında qalın qış yorğanlarından istifadə etmək olmaz, çünki bu, orqanizmin həddindən artıq isinməsinə səbəb ola bilər. İsti zamanı bədəndə narahatlıq və digər təhlükəli əlamətlər yaranarsa, yorğanı kənara qoymaq və sərinləmə tədbirləri görmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun