Türkiyədə yaşayan model Günay Musayeva yay tətilini keçirmək üçün Bakıya gəlib.
Medianews.az xəbər verir ki, model oğlu Cahangiri də özü ilə gətirib. Günay sosial şəbəkə hesabında övladı ilə çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, model bir müddət əvvəl oğlu Cahangirin atası, aktyor Tolqa Kareldən övladını xaricə aparmaq üçün icazə istəyib. Günay bildirib ki, Cahangirin Disneylendə getmək arzusu var.
Tolqa Karel isə bu istəyə qarşı çıxaraq oğlunun təhsilini Türkiyədə davam etdirməsini istədiyini açıqlayıb. Günay Musayeva övladını yalnız Gürcüstan və Azərbaycana gətirə bildiyini qeyd edib.



