“Qazaxıstan vətəndaşlarının xaricə səyahət etməsini asanlaşdırmaq üçün yeni beynəlxalq marşrutlar açılır və viza rejiminin sadələşdirilməsi üzərində iş aparılır”.
Medianews.az xəbər verir ki, bunu Qazaxıstan Turizm və İdman Nazirliyinin rəsmi nümayəndəsi Aydın Kapaşev yerli mediaya deyib.
A.Kapaşevin sözlərinə görə, görülən tədbirlər xarici turizm məkanlarına çatmağı asanlaşdırmaq məqsədi daşıyır:
“Hazırda yeni beynəlxalq reyslərin açılması, birbaşa reyslərin sayının artırılması və viza rejiminin sadələşdirilməsi üzərində işlər aparılır. Bu, Qazaxıstan vətəndaşlarının məşhur turizm məkanlarına çıxışını əhəmiyyətli dərəcədə artıracaq. Məsələn, “Air Astana” Şanxay, Quançjou, Larnaka və Dalamana marşrutlar açır, Seula və digər beynəlxalq istiqamətlərə uçuşların sayını artırır.
“FlyArystan” isə sentyabrın 3-dən Ürgəncə, sentyabrın 23-dən isə Çinin Çunçin şəhərinə müntəzəm beynəlxalq reyslər açmağı planlaşdırır.
Qeyd edək ki, avqustun 2-dən etibarən Daşkənd və Aktobe arasında birbaşa aviareys açılacaq.\\Teleqraf