Məşhur aktyor Tom Kruzun Keti Holmsdan olan qızı atasının soyadından rəsmi şəkildə imtina edib.
Medianews.az xəbər verir ki, uzun müddətdir atası ilə ünsiyyət saxlamayan 20 yaşlı Suri soyadını anasının soyadı olan Noel ilə dəyişib. Surinin sənədlərdə soyadını dəqiq nə vaxt dəyişdirdiyi məlum deyil, lakin o, artıq bir neçə ildir ki, ictimaiyyət qarşısında yeni adla təqdim olunur.
Qeyd edək ki, Kruz və Holms 2006-cı ilin aprelində valideyn olublar və yeddi ay sonra evləniblər. Cütlük altı il sonra, 2012-ci ilin avqustunda boşanıb. Boşanmadan sonra Suri anası ilə birlikdə yaşamağa davam edib.\\Olay.az
