Medianews.az
Güc verən
72 baxış

Güc verən səhər vərdişi

Jurnalist Tamara Qeyn səhər yeməyindən sonra balıq konservləri yeməyə başladıqdan sonra özünü daha enerjili hiss etdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, Qeynin sözlərinə görə, əvvəllər yeməklər arasında nadir hallarda nəsə yeyirdi, bəzən isə alma və ya müsli batonuna üstünlük verirdi. Təsadüfən balıq konservi yedikdən sonra gün ərzində yorğunluq hiss etmədiyini və daha uzun müddət tox qaldığını fərq edib. O, bu vərdişi davam etdirərək işlərini daha rahat yerinə yetirdiyini, idman və gəzintilər üçün də daha çox güc tapdığını qeyd edib.

Qeyn araşdırdıqdan sonra bunun səbəbini balıqdakı zülal və omeqa-3 yağ turşuları ilə əlaqələndirib. Onun sözlərinə görə, zülal qanda şəkərin səviyyəsini daha stabil saxlamağa, omeqa-3 isə zehni fəaliyyətə dəstək olmağa kömək edir.

Jurnalist əsasən qızılbalıq və forel konservləri yediyini, bu məhsulların uzun müddət toxluq hissi yaratdığını bildirib.

Medianews.az

Bizə qoşulun