Medianews.az
Xərçəngin yaranma riskini artırır –
302 baxış

Xərçəngin yaranma riskini artırır – 2 MƏHSUL

“Alkoqol və işlənmiş ət xərçəng riskini artırır”.

Medianews.az xəbər verir ki, bunu diyetoloq Nikol Endryus deyib.

O, sosial mediada iki qida istisna olmaqla qidanın xərçəng hüceyrələrinin inkişafına və böyüməsinə təsir etmədiyini iddia edib.

Nikol Endryus şəkər, un məmulatları, bitki yağları və qida əlavələrinin xərçəngin inkişafına təsir etmədiyini vurğulayıb. O, xərçəng riskini artıran yeganə qidalar kimi alkoqol və emal olunmuş əti adlandırıb: “Emal edilmiş ətlərə sosiskalar, kolbasalar, donuz əti – yeyilən və soyuducuda uzun müddət saxlanıla bilən hər şey daxildir. Bu qidaların kiçik miqdarı belə kolon xərçəngi riskini artırır".

Həkim insanları alkoqol qəbulunu azaltmağa və ya daha yaxşısı, ondan tamamilə çəkinməyə çağırıb. Onun sözlərinə görə, alkoqol bədəndə parçalandıqda, kolon xərçəngi və döş xərçəngi də daxil olmaqla ən azı yeddi növ xərçəngə səbəb olur.

Medianews.az

Bizə qoşulun