Medianews.az 27 ölkəni birləşdirən Avropa İttifaqına can atan ölkələrin siyahısına nəzər salıb.
9 ölkə qurumun üzvlüyünə namizəd statusundadır: Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Moldova, Ukrayna, Gürcüstan.
Türkiyə ilə üzvlük danışıqları dondurulub, Bosniya və Herseqovina ilə Gürcüstan hələ prosesə başlamayıb, qalan ölkələrlə danışıqlar gedir.
Kosovo ittifaqa üzvlük üçün müraciət edib, Ermənistan da bu niyyətdədir.
Avropa İttifaqını Belçika, Fransa, İtaliya, Qərbi Almaniya, Lüksemburq və Niderland 1957-ci ildə Avropa İqtisadi Birliyi kimi yaradıb.
1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya Avropa İqtisadi Birliyinə qoşulub.
1990-cı ildə Şərqi Almaniya və Qərbi Almaniya vahid Almaniya dövlətində birləşib.
1992-ci ildə Avropa İqtisadi Birliyinin əsasında Avropa İttifaqı təsis olunub.
1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib.
2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulub.
Bolqarıstan və Rumıniya 2007-ci ildən, Xorvatiya 2013-cü ildən Avropa İttifaqının üzvüdür.
Böyük Britaniya 2020-ci ildə Avropa İttifaqını tərk edib.