Medianews.az
ABŞ müdafiə naziri ilk dəfə
88 baxış

ABŞ müdafiə naziri ilk dəfə ifadə verəcək

ABŞ və İsrailin İranla bağlı əməliyyatlarından sonra ABŞ Müdafiə Naziri Pit Heqsetin ilk dəfə Konqresdə ifadə verəcəyi bildirilir.

Medianews.az xəbər verir ki, Heqset aprelin 29-da Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi qarşısında danışacaq.

Görüşməyə ABŞ Baş Qərargah rəisi Den Keyn də qatılacaq, lakin tarix dəyişə bilər.

ABŞ Müdafiə Nazirliyi martın 25-də Konqres üzvlərinə əməliyyatlarla bağlı brifinq vermişdi. Bununla belə, Demokrat komitə üzvləri martın 27-də açıq dinləmə çağırışı etmişdi. Onlar Tramp administrasiyası və Müdafiə Nazirliyinin şəffaflıq göstərməməsindən narahat olduqlarını bildirmişdi.

Komitə üzvləri, “Nələr baş verir, hansı variantlar mövcuddur və niyə seçilib” suallarına kifayət qədər cavab ala bilmədiklərini qeyd ediblər.

Medianews.az

Bizə qoşulun