Bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində Finlandiya təmsilçilərinin qalib gələcəyini proqnozlaşdırır.
Medianews.az bildirir ki, yarışda Finlandiyanı Linda Lampenius və Pete Parkonnen dueti təmsil edəcək.

Skripkaçı Linda Lampenius 1970-ci il, müğənni Pete Parkonnen 1990-cı il təvəllüdlüdür.
Duet yarışa bu mahnı ilə çıxır:
Avstriyanın paytaxtı Vyananın ev sahibi olacağı yarışa 35 ölkə qatılır. Birinci yarımfinalda (12 may) Belçika, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, Litva, Moldova, Monteneqro, Polşa, Portuqaliya, San Marino, Serbiya, Yunanıstan, ikinci yarımfinalda (14 may) Albaniya, Avstraliya, Azərbaycan, Bolqarıstan, Çexiya, Danimarka, Ermənistan, İsveçrə, İtaliya, Kipr, Latviya, Lüksemburq, Malta, Norveç, Rumıniya, Ukrayna yer alır.
Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.
Toğrul Əli,
Medianews.az