Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı “Güclü Türkiyə 5G ilə Ünsiyyətdə” mərasimində maraqlı anlar yaşanıb.
Medianews.az xəbər verir ki, mərasim zamanı Bitlis valisi Əhməd Karakaya ilə Prezident Ərdoğan arasında baş verən yumoristik söhbət zalda gülüşə səbəb olub.
Türkiyənin 5G texnologiyasına rəsmi keçidini qeyd edən mərasim Prezident Ərdoğanın planşetdəki düyməni basması ilə start götürüb. Daha sonra müxtəlif şəhərlərlə canlı bağlantılar qurulub və Bitlis ilə bağlantı zamanı diqqətçəkən dialoq yaşanıb.
Prezident Ərdoğan görüntünün daha yaxşı görünməsi üçün “yaxınlaşdırın” deməsindən sonra Bitlis valisi Əhməd Karakaya telefonu kameraya yaxınlaşdırıb. Bu zaman Ərdoğan zarafatla “Deyəsən, necə böyütməyi bilmirsən” deyib və bu sözlər zalda gülüşə səbəb olub.
Həmin anlar tədbir iştirakçıları tərəfindən alqış və gülüşlə qarşılanıb. Mərasim Türkiyədə 5G texnologiyasının rəsmi istifadəyə verilməsi ilə yadda qalıb.
Medianews.az