Medianews.az
İstanbulda güllələnən Arif İsmayılov kimdir? -
54 baxış

İstanbulda güllələnən Arif İsmayılov kimdir? - VİDEO

İstanbulun Fatih rayonunda logistika şirkətində kuryer işləyən Arif İsmayılov silahlı hücum nəticəsində həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə saat 16:30 radələrində Fatih rayonunun Balabanağa məhəlləsində yerləşən Zeynep Kamil küçəsində baş verib.

Məlumata görə, şəxsiyyəti naməlum olan silahlı şəxs Arif İsmayılova yaxınlaşaraq ona atəş açıb. Baş nahiyəsindən ağır yaralanan İsmayılov hadisə yerindən qaçan hücumçudan sonra ətrafdakı vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Arif İsmayılovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra polis qrupları əraziyə cəlb olunub və hücum edən şəxsin saxlanılması üçün genişmiqyaslı əməliyyata başlanılıb. Faktla bağlı istintaq aparılır.

Medianews.az

Bizə qoşulun