Aprelin 2-də Tərəzi bürcündə baş verəcək dolunayın münasibətlərə, tərəfdaşlıqlara və emosional balansa təsir edəcəyi bildirilir.
Medianews.az xəbər verir ki, bu dövrdə bəzi əlaqələrin sona çatacağı, möhkəm olanların isə daha da güclənəcəyi gözlənilir.
Tərəzi bürcü əsasən münasibətlər, evlilik və ədalət anlayışı ilə əlaqələndirilir. Bu səbəbdən dolunay zamanı insanlar şəxsi münasibətlərini daha ciddi şəkildə dəyərləndirəcək, mübahisəli məsələlər ön plana çıxacaq.
Eyni zamanda, bu mərhələdə problemləri görməzdən gəlmək çətinləşəcək. Uzun müddətdir həll olunmayan məsələlər yenidən gündəmə gələ və münasibətlərdə gərginlik yarada bilər.
Dolunayın təsiri ilə emosional reaksiyalar güclənə, həddindən artıq həssaslıq və gərginlik müşahidə oluna bilər. Bu isə xüsusilə ailə və yaxın münasibətlərdə münaqişə riskini artırır.
Mütəxəssislər belə dövrdə tələskən qərarlardan qaçmağı, emosiyalara deyil, məntiqə əsaslanmağı və münasibətlərdə qarşılıqlı anlayışı qorumağı tövsiyə edir.
Medianews.az