Medianews.az
Məşhur müğənni aylıq gəlirini
50 baxış

Məşhur müğənni aylıq gəlirini açıqladı

Türkiyəli müğənni Melek Mosso sosial şəbəkədə tətbiq etdiyi abunə sistemi ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, müğənninin pərəstişkarları üçün yaratdığı eksklüziv məzmun abunə modelinə qısa müddətdə böyük maraq yaranıb.

Məlumata görə, Melek Mosso təxminən 9200 abunəçiyə çatıb və iddialara əsasən, bu sistem vasitəsilə ayda təxminən 370 min TL gəlir əldə edir. Sənətçilərin sosial media platformalarında abunə sistemi ilə eksklüziv məzmun paylaşaraq əlavə qazanc əldə etməsi son dövrlərdə trendə çevrilib və Mosso da bu üsulu seçən məşhurlar sırasına qoşulub.

Qeyd edək ki, Melek Mosso 11 noyabr 1988-ci ildə Kayseridə anadan olub. Əsl adı Melek Davarcı olan sənətçi Adnan Menderes Universiteti Dövlət Konservatoriyasının Musiqi Təhsili Bölməsini bitirib. Musiqi karyerasına küçə musiqiçisi kimi başlayan Mosso sosial mediada paylaşdığı ifa videoları ilə məşhurlaşıb və “Vursalar Ölemem”, “Hayatım Kaymış”, “Yıllar Affetmez” kimi mahnıları ilə geniş tanınıb.

Medianews.az 

Bizə qoşulun