Medianews.az
Tyeri Anri:
87 baxış

Tyeri Anri: "Messinin daxilindəki canavarı oyatmayın"

Fransa millisinin sabiq ulduzu Tyeri Anri Argentina millisinin kapitanı Lionel Messinin xarakteri və oyun tərzi barədə danışıb.

Medianews.az xəbər verir ki, Anri Messinin haqsızlıq qarşısında inanılmaz dərəcədə gücləndiyini bildirib:

"Onun daxilindəki canavarı oyatmayın. Mən bunu məşqlərdə görmüşəm: əgər o, ona qarşı haqsızlıq edildiyini hiss edirdisə, baxışları dərhal dəyişirdi. Topu götürüb ard-arda sənə üç qol vururdu. Sonra isə dönüb deyirdi: 'Gələn dəfə qayda pozuntusunu qeydə al'. Komandanın ona ən çox ehtiyacı olduğu anlarda o, səviyyəsini elə bir zirvəyə qaldırır ki, bunu dünyada yalnız tək-tük oyunçu bacara bilər".

Xatırladaq ki, iyulun 7-də Argentina millisi DÇ-2026-nın 1/8 finalında Misirə qarşı oyunda 0:2 hesabı ilə geridə olsa da, möhtəşəm geri dönüşlə 3:2 hesablı qələbə qazanıb. Lionel Messi bu görüşdə ilk hissədə penaltini qaçırsa da, sonradan 1 qol və 1 məhsuldar ötürmə ilə komandasını arxasınca aparıb.

Qeyd edək ki, son dünya çempionu olan Argentina millisinin kapitanı bu turnirdə həm DÇ tarixlərinin ən yaxşı bombardiri, həm də ən çox assist edən futbolçusu kimi adını tarixə yazdırıb.

Medianews.az

Bizə qoşulun