Medianews.az
Melisa və Uğur -
87 baxış

Melisa və Uğur - Azərbaycanda ilk yerdədirlər

Medianews.az Ədliyyə Nazirliyinin hesabatına istinadla xəbər verir ki, 2026-cı ildə Azərbaycanda doğulmuş 512 qıza Melisa adı qoyulub.

İnci (484 uşaq) ikinci, Məryəm (473) üçüncü populyar qız adı kimi rəsmiləşib.

İlk onluqda Aylin (472 uşaq), Alisa (463), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384), Miray (330) adları da var.

Oğlan adları içində Uğur öndədir: bu ad 760 uşağa məsləhət görülüb.

536 uşaq Raul, 472 uşaq Miran adı alıb.

Qalan populyar oğlan adları bunlardır: Hüseyn (465 uşaq), Əli (462), Yusif (379), Murad (314), Ömər (313), Tunar (296), Ayxan (289).

Medianews.az

Bizə qoşulun