"Barselona" klubunun və Belarus futbolunun sabiq ulduzu Aleksandr Qleb Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2026-dakı heyranedici çıxışını dəyərləndirib.
Medianews.az xəbər verir ki, Qleb, Messinin digər futbolçulardan tamamilə fərqləndiyini vurğulayıb:
"Messinin oyunundan böyük zövq alıram. Onun meydanda etdikləri... O, futbol tarixinin ən dahi oyunçusudur və bu yaşında belə dünya çempionatının ən yaxşısıdır! Oyunu necə analiz etməsi, meydandakı hərəkətləri, rəqibin zəif nöqtələrini tapması... İnanılmazdır! Onunla eyni komandada oynadığım üçün çox şanslıyam. Ronaldo da mənim üçün böyük futbolçudur, inanılmaz uğurları olan bir ulduzdur. Lakin Leo sadəcə bu planetdən deyil, onları müqayisə etmək belə çətindir. O, əlçatmazdır".
Xatırladaq ki, Lionel Messinin liderlik etdiyi Argentina millisi DÇ-2026-da 1/4 finala yüksəlib və bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.
Medianews.az