Braziliya millisinin DÇ-2026-dan kənarlaşdırılmasından sonra komandanın ABŞ-dan yola düşən təyyarəsində cəmi bir futbolçu olub.
Medianews.az xəbər verir ki, bu barədə “Metropoles” məlumat yayıb.
Mənbənin iddiasına görə, çarter reysi ilə vətənə qayıdan yeganə oyunçu Danilo olub. 34 yaşlı müdafiəçi hazırda “Flamenqo”da çıxış edir. O, karyerası ərzində “Real Madrid” və “Mançester Siti” formaları da geyinib.
Braziliya millisinin digər futbolçuları ölkəyə qayıtmaq əvəzinə, DÇ-2026-dan sonra istirahətə yollanmağı seçiblər. Komandanın baş məşqçisi Karlo Ançelotti isə Kanadaya uçub.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bu nəticə yığmanın XXI əsrdə dünya çempionatlarındakı ən zəif göstəricisi olub./Teleqraf