Medianews.az
Deyli Blind yenidən
94 baxış

Deyli Blind yenidən “Ayaks”da

Niderlandın "Ayaks" klubu müdafiəçi Deyli Blindin transferini rəsmən elan edib.

Medianews.az xəbər verir ki, 36 yaşlı futbolçu "Jirona"dan ayrıldıqdan sonra azad agent kimi Amsterdam təmsilçisinə qoşulub. Onunla 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Bu, Blindin "Ayaks"a dördüncü gəlişidir. O, ilk dəfə 9 yaşında klubun akademiyasına qoşulub və 2008-ci ildə əsas komandada debüt edib. Daha sonra 2010-cu ildə "Qroningen"dəki icarədən qayıdıb, 2018-ci ildə isə "Mançester Yunayted"dən transfer olunaraq yenidən Niderland klubunun formasını geyinib.

Qeyd edək ki, Blind "Ayaks"ın heyətində 333 oyunda 13 qol vurub. O, klubla 7 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. Təcrübəli müdafiəçi karyerası ərzində "Mançester Yunayted", "Bavariya" və "Jirona"nın da formasını geyinib./Qol.az

Bizə qoşulun