Medianews.az
Ağdamda yanğın başladı -
93 baxış

Ağdamda yanğın başladı - FOTO

Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb.

Medianews.az “Qafqazinfo”ya istindən xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb.

Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun daha geniş ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Bizə qoşulun