Medianews.az
 Venger Fransanı dayandıra biləcək
97 baxış

Venger Fransanı dayandıra biləcək millini AÇIQLADI

"Arsenal"ın sabiq baş məşqçisi, hazırda isə FİFA-nın qlobal futbolun inkişafı şöbəsinin rəhbəri olan Arsen Venger DÇ-2026-nın əsas favoritləri barədə fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, mütəxəssis turnirin gedişatını analiz edərək yalnız bir komandanın Fransa millisinə ciddi rəqib ola biləcəyini vurğulayıb:

"Dünya çempionatını Fransa qazanacaq. Bilirəm, deyəcəksiniz ki, bunu fransız olduğum üçün vurğulayıram. Lakin bu turniri analiz etsək, görərik ki, intensivlik və oyun tempi çox yüksəkdir. Məsələn, Asiya komandaları məhz bu tempə tab gətirə bilmədikləri və texniki cəhətdən geri qaldıqları üçün turnirlə vidalaşdılar. Hazırda məni düşündürən əsas sual İspaniya ilə bağlıdır. Əgər indiki məqamda kimsə Fransanı məğlub etmək gücündədirsə, bu, İspaniyadır. Çünki onların texniki səviyyəsi Fransadan daha üstündür".

Qeyd edək ki, hər iki komanda turnirdə mübarizəni davam etdirir. DÇ-2026-nın 1/4 final mərhələsində Fransa Mərakeşlə, İspaniya isə Belçika ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun