Medianews.az
Trampdan İspaniya ilə bağlı
82 baxış

Trampdan İspaniya ilə bağlı qərar

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarəti dayandırmaq qərarına gəlib.

Bu barədə "Reuters" agentliyi məlumat verir.

Qeyd edilir ki, Tramp maliyyə naziri Skott Bessentə İspaniya ilə ticarəti tamamilə dayandırmağı tapşırıb və Madridi NATO-da "dəhşətli tərəfdaş" adlandırıb.

Xatırladaq ki, iyunun 24-də NATO baş katibi Mark Rütte ilə görüşündə Tramp ABŞ-nin İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və İspaniyadan NATO müttəfiqləri kimi məyus olduğunu bildirmişdi.

Trampın sözlərinə görə, İranla müharibədə kömək etməkdən imtina etdiklərinə görə ABŞ bu ölkələrdən məyus olub.//Oxu.Az

Bizə qoşulun