Medianews.az
Türkiyə: bir ildə nə qədər bahalaşma gedib?
338 baxış

Türkiyə: bir ildə nə qədər bahalaşma gedib?

2025-ci il ərzində Türkiyədə istehlak qiymətləri 30,89 faiz artıb.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 108-də bahalaşma qeydə alınıb.

Kommunal xidmətlərdə bahalaşma 49,45 faiz, spirtli içkilər və tütün məmulatlarında 30,8 faiz, ərzaq və spirtsiz içkilərdə 28,31 faiz, geyim və ayaqqabılarda 6,5 faiz göstərilir.

2021-2025-ci illərdə Azərbaycanda 100 Türkiyə lirəsinin rəsmi kursu 22 manat 91 qəpikdən 3 manat 96 qəpiyə düşüb, 2026-cı il 3 manat 95 qəpiklə başlayıb.

Medianews.az

Bizə qoşulun