Medianews.az
Sürücülərin nəzərinə bu yol da
114 baxış

Sürücülərin nəzərinə bu yol da bağlanır

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində (Lökbatan qəsəbəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Medianews.az bildirir ki, məhdudiyyət 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək, həmçinin 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək qüvvədə olacaq.

Sürücülərdən yaranacaq müvəqqəti narahatlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bizə qoşulun