Azərbaycanda bu ilin yanvar-may aylarında qızılca və suçiçəyinə yoluxmada artım müşahidə olunub.
Medianews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu il suçiçəyinə 31 397 (2025-ci ilin eyni dövründə 17 595), qızılcaya isə 127 (10) yoluxma qeydə alınıb.