IBA Çempionlar Gecəsi ərəfəsində təşkil olunan rəsmi çəkiölçmə və üz-üzə gəlmə mərasimində çıxış edən azərbaycanlı boksçu Tayfur Əliyev qarşıdakı döyüşə hazır olduqlarını bildirib.
O qeyd edib ki, bu qarşılaşma onlar üçün böyük əhəmiyyət daşıyır: “Üzərimizə düşən işi ən yaxşı şəkildə yerinə yetirməyə çalışacağıq. Əsas məqsədimiz xalqımızın qürur mənbəyi olmaq və uğur qazanmaqdır. Hazırkı səviyyəmiz yaxşıdır və Azərbaycanın gücünü rinqdə ən yüksək səviyyədə nümayiş etdirməyə çalışacağıq.”
Qeyd edək ki, IBA Çempionlar Gecəsi iyulun 10-da saat 19:00-da “Sea Breeze Resort”da keçiriləcək.
Medianews.az