Medianews.az
Bu ərazilərdə sabah
80 baxış

Bu ərazilərdə sabah qaz olmayacaq

Sabah paytaxtın Nizami rayonunun bəzi küçə və qəsəbələrində təbii qazın verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələri qazsız qalacaq.

Eyni zamanda Sabunçu qəsəbəsinin E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 10-u saat 10:00-dan işlər yekunlaşanadək Saatlı rayonunun Yeni Novruzlu qəsəbəsinin və Qıraqlı, Mustafabəyli, Bəylik, Yeni Novruzlu kəndlərinin, habelə Hacıqabul rayonunun Muğan qəsəbəsinin və Muğan, Qubalı, Paşalı 1, Paşalı 2, Cəngən, Şorbaçı, Tağlı, Tava kəndlərində qaz olmayacaq.

Bizə qoşulun