Medianews.az
"Space" televiziyasına yeni baş direktor
222 baxış

"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ

"Space" televiziyasına yeni baş direktor təyin edilib.

Medianews.az Manset.az-a istinadən xəbər verir ki, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. 

Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.  

Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Axar.az saytı "Space" televiziyasının bağlanacağı ilə bağlı xəbər yayımlamışdı. 

Bizə qoşulun