Medianews.az
Messi:
79 baxış

Messi: “Ardıcıl beş final təsadüf deyil”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra komandasına FIFA və hakimlərin xüsusi münasibət göstərildiyi iddialarına cavab verib.

Medianews.az xəbər verir ki, Messi bildirib ki, Argentinanın ardıcıl beş finala, eləcə də ardıcıl ikinci dünya çempionatı finalına yüksəlməsi komandanın gücünün ən böyük sübutudur.

“Son illərdə dünyanın ən yaxşı millisi olmuşuq. Bizə heç kim heç nə hədiyyə etməyib. Əldə etdiyimiz bütün uğurları futbol meydanında qazanmışıq”, – deyə o vurğulayıb.

Argentina iyulun 19-da keçiriləcək finalda İspaniya ilə qarşılaşacaq və ardıcıl ikinci dəfə dünya çempionu olmağa çalışacaq.

Medianews.az

Bizə qoşulun