Medianews.az
11 it iki qadını xilas etdi -
97 baxış

11 it iki qadını xilas etdi - ANBAAN VİDEO

Avstraliyanın Melburn şəhərində 11 it iki qadını onlara təcavüz etmək istəyən şəxsdən xilas edib.

Medianews.az xəbər verir ki, hadisə iyulun 14-də Gardiners-Krik çayı yaxınlığında baş verib.

39 və 67 yaşlı iki qadın itlərini gəzdirərkən kolluqda gizlənən naməlum şəxsi görüblər. Şübhəli qəfil qadınlardan birinə hücum edib, daha sonra digər qadını hədələyərək onunla tuneldə cinsi əlaqəyə girməsini tələb edib.

Bu vaxt qadınların yanında olan 11 it hücumçuya tərəf atılaraq onu qaçmağa məcbur edib. İtlərin müdaxiləsi qadınlara hadisə yerindən uzaqlaşmaq imkanı verib. 

Hücumçunun qaçdığı anlar kameraya düşüb. Polis onun şəxsiyyətini müəyyənləşdirmək və saxlanılması üçün axtarış aparır.

Medianews.az

Bizə qoşulun