DÇ-2026-nın yarımfinalında Argentina və İngiltərə yığmaları arasında keçirilən oyundan sonra azarkeşlər arasında insident yaşanıb.
Medianews.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində baş tutan qarşılaşmada Argentinanın 2:1 hesablı qələbəsindən sonra hər iki komandanın azarkeşləri stadionun yaxınlığında əlbəyaxa davaya çıxıblar.
Hadisəyə polis müdaxilə edib və bir neçə nəfər saxlanılıb.
Xatırladaq ki, Argentina finalda İspaniya ilə qarşılaşacaq, İngiltərə isə bürünc medal uğrunda Fransa ilə mübarizə aparacaq.
Medianews.az