ABŞ-nin Florida ştatında ər-arvad Cennifer və Coel Konert 12 yaşlı övladlığa götürdükləri qıza qarşı amansız rəftarda ittiham edilərək həbs olunublar.
Medianews.az xəbər verir ki, azyaşlı üç il ərzində sanitar qovşaqsız, bayırdan kilidlənən otaqda saxlanılıb.
O, ehtiyacını otaqda ödəməyə məcbur olub, paltarlarını isə sirkə və ağardıcı ilə yuyaraq yenidən geyinib.
Araşdırma zamanı məlum olub ki, uşaq mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Halbuki ailənin digər altı bioloji övladı normal şəraitdə yaşayırdı.
Medianews.az
