Medianews.az
“Şirin” təhlükə:
68 baxış

“Şirin” təhlükə: Orqanizmə zərər artır

“Şəkərin normadan çox qəbulu təkcə kökəlməyə deyil, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu qidalanma mütəxəssisi Viktoriya Kostrova deyib.

Şəkərin mütəmadi olaraq artıq qəbulu zamanı mədəaltı vəzi həddindən artıq işləməyə məcbur qalır, hüceyrə reseptorları isə zamanla zəifləyir və insulinə qarşı həssaslığını itirir.

Bu isə qanda şəkərin qalmasına və damarların zədələnməsinə səbəb ola bilər. Mütəxəssis həmçinin qeyd edib ki, artıq şəkər qaraciyərdə yağların toplanmasına və daxili orqanların ətrafında piylənməyə səbəb olur.

Kostrova əlavə edib ki, şəkər zülallarla reaksiyaya girərək dərinin daha tez qocalmasına, qırışların yaranmasına və dərinin elastikliyinin azalmasına gətirib çıxarır.

Bundan başqa, şəkərin bağırsaq mikroflorasını pozduğu, immun sistemini zəiflədə bildiyi və orqanizmdə vitamin-mineral çatışmazlığı yarada biləcəyi də bildirilib. Mütəxəssis insanların şirin qidaları həddindən artıq qəbul etməməsini tövsiyə edir.

Medianews.az

Bizə qoşulun