Medianews.az
Şeyx Əbdüldən xalq artistinə AĞIR SÖZLƏR: “Kinoda xidmətin yoxdur, adi artistsən” -
136 baxış

Şeyx Əbdüldən xalq artistinə AĞIR SÖZLƏR: “Kinoda xidmətin yoxdur, adi artistsən” - FOTO/ÖZƏL

“Kinoittifaqda hələ heç bir seçki və qurultay olmayıb. Orada qanuna, nizamnaməyə və konstitutsiyaya uyğun olmayan yığıncaq keçiriblər. Qanunu kobud şəkildə pozublar. Dövlət səviyyəsində yoxlama getdi və qanunsuzluq aşkarlandı! Bu nə qurultaydır, nə də konfrans. Sədr də, nizamnamə də qurultayda qəbul olunur, konfransda yox. Bunlar heç bir konfrans keçirməyiblər. Heç kim də gəlməyib. Gələnlər də çıxıb gediblər. Kinoya aidiyyatı olmayan adamlar iştirak ediblər. Cavan uşaqları aldadıb hamısını ittifaqa götürüblər. Orada axtarsalar çoxlu qanun pozuntuları var. Tələm-tələsik bir şey etmək istədilər, biz imkan vermədik. Ədliyyə Nazirliyi bugünlərdə açıqlama verəcək yəqin ki.. Şəfiqə xanım sədrin birinci müavinidir, o da oturub yerində. Əli İsa Cabbarov da katiblərdən biridir. Sadəcə Rasim Balayevlə vaxtında əlaqə qurub, o da bütün hər şeyi, möhürü belə ona həvalə edib. O toplantıda nə mən, nə Şəfiqə xanım, nə Vaqif Mustafayev, nə Ayaz Salayev, nə Aydın Kazımzadə, nə Elxan Cəfərov, nə Rafiq Qəmbərov, nə də Firəngiz Qurbanova iştirak etmişik. Birinci katib ola-ola toplantı keçirməyin özü qanunsuzluqdur. Şəfiqə xanımın ora gəlməməsi konfransın qeyri-legitim keçirilməsinə görə idi”



Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib. 

Əbdül Mahmudbəyov Xalq artisti Tariyel Qasımovun “mənim yerimə imza atıb, Əli İsa Cabbarovun əleyhinə çıxıblar” sözünə də münasibət bildirib:

“Tariyel Qasımov Azərbaycan kinosunda bir rol oynayıb, o da mənim filmimdə. Mən onu “Doğma sahillər” filmində baş rola çəkmişəm. Azərbaycan kinosunda xidməti yoxdur, teatrda çalışıb. Sadəcə toplantının qeyri-legitim olduğunu bilərək biz etiraz etdik. Mən ona da zəng edib bunu dedim və toplantıya etiraz edəcəyimizi bildirdim. O məsləhəti belə yozur. 30-a yaxın üzv iştirak etməyəcəkdi, təkcə Tariyel Qasımovun olmaması nəyi həll edəcəkdi?! Sənə mən məsləhət görmüşdüm, məsləhət bilməsəydim deməzdim. Sən axı kino xadimi deyilsən! Bir filmə çəkilən adi artistsən”.



Qeyd edək ki, Tariyel Qasımov bir müddət əvvəl kinoittifaqdakı toplantı ilə bağlı bu sözləri deyib:

“Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayından bir gün öncə sosial şəbəkədə konfransın keçirilməsinə etiraz edən sənət adamlarının adları paylaşıldı. O siyahıda mənim adım da var idi. Həmin üzvlərin adını Şəfiqə Məmmədovaya dəstək olan şəxslər kimi paylaşmışdılar. Mən Əli İsa Cabbarovu dəstəkləyirəm və qurultayın keçirilməsinə etiraz etməmişəm. Bunu mənim adımdam hər kim deyibsə böyük qələt edib. Bundan xəbərim yoxdur. Dedilər ki, mənim adıma kimsə orada qol çəkib. Mənə Şeyx Əbdül zəng etmişdi, sonra xəbərim olmadı ki, nə baş verib”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun