Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal milli komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra istefa verib.
Medianews.az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Səudiyyə Ərəbistanı yığması Uruqvay (1:1) və Kabo-Verde (0:0) komandaları ilə heç-heçə edib, İspaniyaya isə məğlub olaraq (0:4) qrupda sonuncu yeri tutub.
"Mən və həmkarlarım Səudiyyə futboluna xidmət etmək üçün əlimizdən gələni etdik, vətənimizin və azarkeşlərimizin ümidlərini doğrultmağa səmimi qəlbdən çalışdıq. Lakin milli komandamızın dünya çempionatının növbəti mərhələsinə adlaya bilməməsi ümumi hədəflərimizə uyğun gəlməyən bir nəticədir. Buna görə bütün məsuliyyəti öz üzərimə götürür və yığmamızı daha yaxşı mövqedə görmək istəyən hər kəsdən üzr istəyirəm. Hazırkı səlahiyyət müddətimin sonuna qədər işimi davam etdirməmək qərarına gəldim. Qəbul olunmuş qaydalara və reqlamentə uyğun olaraq, yeni direktorlar şurasına seçki üçün namizədlərin irəli sürülməsi prosesinə başlayacağıq", - deyə Əl-Mişal qeyd edib.
Qeyd edək ki, Əl-Mişal 2019-cu ildən federasiyaya rəhbərlik edirdi./oxu.az