Medianews.az
Şəmkirdə maşın körpüdən aşdı:
173 baxış

Şəmkirdə maşın körpüdən aşdı: Ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun