Medianews.az
Seda Sayandan Haluk Levent haqqında geniş müzakirə olunacaq
88 baxış

Seda Sayandan Haluk Levent haqqında geniş müzakirə olunacaq AÇIQLAMA

Məşhur müğənni Seda Sayan AHBAP Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində həbs edilən Haluk Levent barədə diqqətçəkən açıqlama verib.

İstanbuldakı ticarət mərkəzlərindən birində alış-veriş edərkən jurnalistlərin suallarını cavablandıran sənətçi AHBAP-a heç vaxt ianə etmədiyini bildirib.

Seda Sayan özünü uzaqgörən qadın adlandıraraq yardımlarını həmişə dövlətin tövsiyə etdiyi qurumlara yönəltdiyini söyləyib:

“AHBAP-a ianə etməmişəm. Uzaqgörən qadınam və yardımı hara edəcəyimi yaxşı bilirəm. Haluk Leventi əvvəldən tanıdığım üçün ianələrimi həmişə dövlətimin tövsiyə etdiyi yerlərə etmişəm”.

Müğənninin Haluk Levent haqqında işlətdiyi bu sözlər qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, İstanbul Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent də daxil olmaqla bir sıra şəxslər həbs edilib./lent.az

Bizə qoşulun