Medianews.az
"Sabah"ın gənc istedadı əsas komandaya GƏTİRİLDİ:
86 baxış

"Sabah"ın gənc istedadı əsas komandaya GƏTİRİLDİ: 28 oyunda 44 qol vurub

"Sabah" klubunun əvəzedici komandasında çıxış edən nigeriyalı hücumçu Stefen Ende əsas komandaya yüksəlib.

Oxu.Az xəbər verir ki, ötən tur "Sabah"ın "Karvan-Yevlax"a qarşı keçirdiyi oyunda gənc hücumçu ehtiyat oyunçuların arasında əyləşib.

Belə ki, baş məşqçi Valdas Dambrauskas qarşıdakı oyunlarda digər oyunçuların zədə alma ehtimalını nəzərə alaraq əvəzedici liqadan hücumçunu əsas komandaya dəvət edib.

Qeyd edək ki, Stefan Ende ötən il əvəzedici liqada "Sabah"ın heyətində 28 oyunda 44 qol və 18 assistlə yadda qalıb.

Xatırladaq ki, gənc futbolçu qış fasiləsində "Sabah"ın "Şamaxı"ya qalib gəldiyi (2:0) yoldaşlıq oyununda qollardan birinin müəllifi olub.

Bizə qoşulun