Türkiyənin Adana şəhərində baş verən silahlı hücumda 16 yaşlı Muhammet Yeşil silahlı hücum nəticəsində həyatını itirib. Atası Bekir Yeşil isə ağır yaralanıb.
Medianews.az xəbər verir ki, polis araşdırmaları qətlin namus məsələsinə görə törədildiyini ortaya çıxarıb.
Məlumata görə, hadisə Muhammetin böyük qardaşı Sinan Yeşilin Berivan Yeşil ilə qaçaraq evlənməsindən sonra başlayıb. Berivanın ailəsi bu evliliyi qəbul etməyərək Yeşil ailəsindən “berdel” (gəlin mübadiləsi) tələb edib. Tələb rədd edildikdən sonra iki ailə arasında düşmənçilik yaranıb.
Adananın Yüreğir rayonunda yaşayan Sinan Yeşil atası ilə birlikdə Berivanın evinə elçi gedib, lakin ailə evliliyə razılıq verməyib. Bundan sonra gənclər 30 dekabrda başqa şəhərdə evləniblər. Bu hadisədən sonra Berivanın ailəsi Yeşil ailəsinə qarşı təhdidlərə başlayıb.
12 yanvarda Bekir Yeşil və oğlu Muhammet tarlaya getmək üçün avtomobilə minmək istədikləri zaman Berivanın qardaşı 21 yaşlı Əli E. silahla atəş açıb. Hücum zamanı Muhammet ağır yaralanıb və xəstəxanada həyatını itirib. Ata Bekir Yeşil isə müalicədən sonra evə buraxılıb. Hücum anı ərazidəki təhlükəsizlik kamerasına düşüb.
Medianews.az

Berivan Yeşil

Bekir Yeşil

Öldürülən Muhammet Yeşil

Hadiəsni törədən 21 yaşlı Əli E.