Medianews.az
Tarkanın pərəstişkarı ilə  söhbəti hər kəsi güldür -
58 baxış

Tarkanın pərəstişkarı ilə söhbəti hər kəsi güldür - VİDEO

İstanbulda uzun illərdən sonra verdiyi konsertlərlə böyük maraq doğuran meqastar Tarkan, konsertdən sonra pərəstişkarları ilə görüşüb.

Medianews.az xəbər verir ki, bu görüş zamanı yaşanan yumoristik anlar sosial mediada trend mövzusuna çevrilib.

70 yaşlı bir pərəstişkarı Tarkanla şəkil çəkdirərkən ona “mənə ‘xala’ deyin”- deyə xahiş edib. Tarkan isə gülərək cavab verib: “Xeyr, sənə ‘bacı’ deyəcəyəm”. Tarkanın bu cavabı ətrafdakıların üzündə təbəssüm yaradıb.

Şəkil çəkildikdən sonra Tarkan pərəstişkarına telefonu qaytarmazdan əvvəl qalereyadakı şəkli yoxlayıb. Bu detal onun öz pərəstişkarlarına və hər anın mükəmməl olmasına verdiyi önəmi göstərib.

Həmin anın görüntüləri sosial mediada sürətlə paylaşılaraq izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Tarkanın sadə yumoru və pərəstişkarlarına olan diqqəti bir daha diqqət mərkəzinə düşüb.

Medianews.az

Bizə qoşulun