"Tottenham Hotspur"un futbolçuları Randal Kolo Muani və Vilson Odober avtomobil qəzası keçiriblər. Hadisə yanvarın 27-si, komandanın Çempionlar Liqasının qrup mərhələsi üçün Almaniyaya səfəri zamanı baş verib.
Medianews.az xəbər verir ki, klubun baş məşqçisi Tomas Frank mətbuat konfransında açıqlama verərək qəzanın təkərin partlaması səbəbindən baş verdiyini və bu səbəbdən bir qədər gecikmə yaşandığını bildirib. O, həmçinin əlavə edib: "Qəzaya düşən hər iki oyunçumuzun vəziyyəti yaxşıdır".
Sosial mediada yayılan fotolardan görünür ki, Kolo Muaninin "Ferrari"si zədələnib, Odober isə yoldaşına kömək məqsədilə öz avtomobili ilə yanıb.
Hər iki futbolçu özlərini yaxşı hiss edir və plan üzrə Frankfurta yola düşəcəklər.
Məlumat üçün bildirək ki, "Tottenham" bu gün saat 00:00-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Frankfurt "Ayntraxt"ı ilə qarşılaşacaq.
Medianews.az
.jpg)