Dağıstanda hüquq mühafizə orqanları əməkdaşları ilə döyüşçü olduqları olduğu güman edilən şəxslər arasında silahlı toqquşma baş verib.
Medianews.az bu barədə Trend-ə istinadən xəbər verir.
Bölgənin hüquq mühafizə orqanlarının məlumatına əsasən, insident Qarabudağkənd rayonunun ərazisində baş verib. İki naməlum şəxs polis əməkdaşlarını odlu silahdan atəşə tutub. Polis əməkdaşları cavab atəşi açaraq, həmin şəxsləri zərərsizləşdiriblər.
Hazırda şübhəlilərin şəxsiyyəti və hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.